Dünya bu xəbərlə çalxalandı: Ukraynaya \"Moskva\"nın koordinatlarını hansı ölkənin ötürdüyü bilindi

Dünya bu xəbərlə çalxalandı: Ukraynaya \
Ukraynanın Rusiyanın Qara dəniz donanmasının flaqmanı "Moskva”ya hücumu barədə yeni iddia səsləndirilib.
 
Sfera.az bildirir ki, İngilis mətbuatı "Rusiyaya ən böyük zərbə” olaraq xarakterizə edilən əməliyyatın təfərrüatlarını əldə edib. 

"The Times” qəzetində yer alan xəbərə görə, düşmən elementlərini aşkar etmək üçün ABŞ-ın ən son texnologiya ilə təchiz edilmiş P-8 "Poseidon” müşahidə təyyarəsi hücum zamanı ərazidə olub. Ukraynanın təşkil etdiyi hücumda 160 kilometr uzaqlıqdakı düşmən gəmilərini təsbit edə bilən P-8 "Poseidon”un kritik kəşfiyyat məlumatı verdiyi iddia edilsə də, hələlik mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Qəzetin məlumatına görə, sözügedən təyyarə İtaliyadan havaya qalxıb və Rusiyanın Qara dəniz donanmasının mövqeyini müəyyənləşdirməzdən əvvəl Rumıniyadakı bazada yerləşdirilib. Rumıniyadan havaya qalxan təyyarənin radar diapazonunun "Moskva”nın yerini müəyyən etməyə imkan verdiyi vurğulanıb.
Xatırladaq ki, "Moskva" kreyseri Sovet İttifaqı dövründə ölkənin cənubunda, hələ də Ukraynaya məxsus olan və işğaldan sonra rus qoşunları tərəfindən tez-tez bombardman edilən Nikolayv şəhərində inşa edilib. 186 metr uzunluğundakı gəmi 1979-cu ildə suya buraxılıb, onun ilk adı "Slava” idi. Sonradan "Moskva” adlandırılan gəmi 2000-ci ildə Qara dəniz donanmasının mərkəzinə çevrilib, 2020-ci ildə təmir olunub.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Samaranın keçmiş meri və xanımı güllələndi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orq...

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...