Rusiya Ukraynada nüvə silahından istifadə edəcək? - Putin qisas almağa hazırlaşır

Rusiya Ukraynada nüvə silahından istifadə edəcək? - Putin qisas almağa hazırlaşır
Rusiya Qara dəniz donanmasının flaqmanı sayılan "Moskva” krayserini itirməsinin qisasını almağa hazırlaşır. "Moskva”nın qisası” adlanan yeni hücum strategiyasının Ukraynada can almağa davam etdiyi bir vaxtda dünyanı ayağa qaldıran görüntülər yayımlanıb. 

Belə ki, Rusiyaya məxsus 4 ədəd "Tu-95” təyyarəsi Rusiyanın qərbində, Ukrayna sərhədinə yaxın Kaluqa şəhərində görüntülənib. Nüvə raketləri daşıya bilən hava gəmisini döyüş təyyarələri müşaiyyət edib. 

Maraqlıdır, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadəyə hazırlaşır?  

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, Rusiya Qara dəniz donanmasının flaqmanın qisasını ən sərt şəkildə almağa çalışacaq:

"Kreml artıq bunu əyani şəkildə də göstərir. Ümumiyyətlə Rusiyaya məxsus 4 ədəd "Tu-95” təyyarəsi Ukrayna sərhədinə yaxın Kaluqa şəhərində görüntülənməsi ciddi faktdır. Ancaq bu o demək deyil ki, Rusiya Ukraynaya qarşı nüvə silahından istifadəyə hazırlaşır. Nüvə raketləri daşıya bilən təyyarə mütləq nüvə raketi daşıyacaq deyə, bir şey yoxdur. Bu təyyarədən başqa məqsədlər üçün də istifadə edilə bilər. 

Hesab edirəm ki, Rusiya nə bu gün, nə də başqa bir vaxt Ukraynaya qarşı nüvə silahından istifadə etməyəcək. Hazırkı nüvə silahları ABŞ-ın Yaponiyaya atdığı silahlardan dəfələrlə artıq dağıdıcı gücə malikdir. İndiki məqamda Rusiyanın Ukraynaya nüvə raketi atması Ukrayna qədər onun özü üçün də ciddi fəsadlar yaradacaq”.

Q. Hüseynli qeyd edib ki, nüvə silahından yalnız özünü müdafiə məqsədi üçün istifadə etmək olar:

"Nüvə silahına malik ölkələr müəyyən vaxtlar ərzində bu silahdan istifadə edəcəyini desə də, bu hədə-qorxudan başqa bir şey deyil. Bütün nüvə silahına malik olan ölkələr yaxşı bilir ki, bu silahdan istifadə dünyanın sonunu gətirə bilər. Ölkələr nüvə silahından istifadəyə dair konkret öhdəliklər götürüb. Heç bir nüvə ölkəsi də bu öhdəlikləri poza bilməz. Rusiya Ukraynada faktiki olaraq beynəlxalq hüququn başlıca norma və prinsiplərini pozub, ancaq nüvə silahına dair üzərinə götürdüyü öhdəlikləri poza bilməz”.

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Samaranın keçmiş meri və xanımı güllələndi

Rusiyanın Samara şəhərinin keçmiş meri Viktor Tarxov və həyat yoldaşı güllələnərək öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orq...

Azərbaycan beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri aparır

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ötən il dekabrın 25-də qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatı açıq...

Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı olmuş Abel Məhərrəmovun adının hallandığı torpaq qalmaqalı ...

Həbsxanadan qaçan cinayətkarlar 140-dan çox qadın məhbusu öldürdülər

Konqonun Qoma şəhərində dəhşətli hadisə baş verib. Həbsxanadan qaçan cinayətkarlar həbsxananın qadın bölməsinə basqın edərək yüzlərlə qadına təcavüz edib, sonra...

Azərbaycanda iki nazir vəzifəsiBOŞDUR

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib və Prezidentin iqlim məsələləri üzrə n...

Laçının Bəylik kəndi yenidən qurulur - Hansı işlər görülür?

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçının Bəylik kəndində də quruculuq işləri davam etdirilir.   Bir neçə aydan sonra illərlə y...