Logo

Bayden Obamaya planlarından danışdı: 86 yaşınadək…

Bayden Obamaya planlarından danışdı: 86 yaşınadək…
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Co Bayden keçmiş prezident Barak Obamaya 2024-cü ildə ikinci dəfə namizəd olmaq planları barədə danışıb.

Sfera.az xəbər verir ki, bu barədə "The Hill” qəzeti məlumat verib.

Qeyd edək ki, Bayden 2021-ci ilin yanvarında 78 yaşında vəzifəyə gələn ən yaşlı prezident olub. Əgər o, ikinci dəfə namizədliyini irəli sürsə və seçkidə qalib gəlsə, 2024-cü ildə 82 yaşında vəzifəyə başlamış olacaq. Beləliklə 4 illik prezidentlik müddəti nəzərə alınmaqla, Bayden 86 yaşına qədər dövlət başçısı olaraq qalacaq.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkilərində iştirak etmək imkanının olduğunu etiraf edib. Şimali Karolinada keçirilən mitinq zamanı o, üçüncü dəfə dövlət başçısı postu uğrunda mübarizə aparmalı ola biləcəyini deyib.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR