İctimai yerlərdə “Z” və “V” hərflərini yazanlar cərimələnəcəklər
Media
15:50 / 19.04.2022
1440
Daha bir ölkə "Müqəddəs Georgi” lentinin və Ukrayna ərazisində Rusiyanın apardığı hərbi əməliyyatların simvoluna çevrilən "V” və "Z” hərfləri ilə yazılan əşyaların saxlanmasına və taxılmasına qadağa qoyub.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Litva Seymi bununla bağlı qadağanı böyük səs çoxluğu ilə qəbul edib.
İnzibati Məcəlləyə edilən dəyişikliyə əsasən, lent taxaraq ictimai yerlərdə gəzənlər, "Z” və "V” hərflərini yazanlar cərimələnəcək. Fiziki şəxslər üçün cərimə 300-700 avro, hüquqi şəxslər üçün 1200 avroya qədər müəyyən edilib.
Bundan əvvəl Moldova oxşar qərar qəbul etmişdi.
Vasif
Sfera.az