Qeybə çəkilən Şoyqudan AÇIQLAMA GƏLDİ: “Plan mərhələli şəkildə həyata keçirilir”
Media
15:04 / 19.04.2022
1506
Səhhəti ilə bağlı problemlərinin olduğu bildirilən Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün açıqlama verib.
Sfera.az xaricimediaya istinadla xəbər verir ki, Ukraynadakı son vəziyyəti dəyərləndirən nazir Rusiyanın Ukraynanın şərqini azad etməyə çalışdığını ifadə edib. O, Donetsk və Luqansk Xalq Respublikalarını azad etmək planının mərhələli şəkildə həyata keçirildiyini deyib.
Şoyqu bəyanatında Qərbi Kiyevə silah verməklə münaqişəni uzatmaqda ittiham edib və ABŞ və digər Qərb ölkələrinin Rusiyanın Ukraynadakı hərbi əməliyyatını uzatmaq üçün hər şeyi etdiyini bildirib.
Qeyd edək ki, Şoyqunun infarkt keçirməsi, Putin tərəfindən zəhərlənməsi və Rusiyadan uzaqda bunkerdə müharibəyə rəhbərlik etməsi iddiaları hələ də müzakirə olunarkən, rusiyalı nazir kameralar qarşısına keçmədən yazılı açıqlama verməklə kifayətlənir.
Əzizə Zeynal
Sfera.az