Neft və qaz satışından gəlirimiz AÇIQLANDI - Milyard dolları ötdü
Media
13:56 / 19.04.2022
1521
Azərbaycan Dövlət Neft Fondu "Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz” yataqları üzrə əldə edilən gəlirlərin məbləğini açıqlayıb.
Sfera.az xəbər verir ki, 2001-ci ildən 1 aprel 2022-ci il tarixinə qədər AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 157, 239 milyard dollar olub. AÇG yatağından bu ilin birinci rübü ərzində isə 1,866 milyard dollar gəlir əldə olunub.
"Şahdəniz” yatağı üzrə 2007-ci ildən indiyə qədər qazın və kondensatın satışından ümumi gəlirlər 4,911 milyard dollara yüksəlib. "Şahdəniz” yatağından bu ilin birinci rübü ərzində 359,125 milyon dollar gəlir əldə olunub.
Vasif
Sfera.az