Zombi filmlərindəki səhnələr gerçək oldu: Şanxaydan dünyanı lərzəyə salan görüntülər yayıldı - VİDEO

Zombi filmlərindəki səhnələr gerçək oldu: Şanxaydan dünyanı lərzəyə salan görüntülər yayıldı - VİDEO
Çinin Şanxay şəhərində martın sonlarından evlərində qapalı qalan şəhər sakinləri qoyulan sərt məhdudiyyətlərə etiraz ediblər.
 
Sfera.az bildirir ki, sosial mediada yayılan yeni videoda Şanxay sakinləri ilə onları karantin mərkəzinə aparmaq istəyən təhlükəsizlik qüvvələri arasında yaşanan gərginlik üzə çıxıb. Görüntülərdə izdiham içərisində olan bir neçə nəfərin polis xəttini pozaraq karantindən qaçmağa çalışdığı, təhlükəsizlik qüvvələrinin insanları qollarından tutaraq sürüklədiyi görünüb. Videoda şəhər sakinləri polisi onları vurmaqda ittiham edərkən arxa planda qışqırıq və ağlama səsləri eşidilib. Polisin kameralar qarşısında bir neçə nəfəri həbs etdiyi görüntülərdə Çin xalqının yaşadığı qəzəbin yalnız bir hissəsi əks olunub.

Sosial şəbəkələrdə yayılan başqa bir videoda isə  səlahiyyətlilər kimisə zorla maşına mindirərkən arxadan ağlayan qadının "Yaşlı adamı niyə aparırlar?” deyərək soruşduğu eşidilib. Başqa bir videoda isə insanların diz çökərək polisə yalvardıqları görünüb.

Digər tərəfdən, gündə 20 min yoluxmanın aşkarlandığı şəhərdə karantin üçün kifayət qədər yer tapmaq getdikcə çətinləşib. Hakimiyyət yarmarkaları və məktəbləri karantin mərkəzlərinə çevirməklə ehtiyacı ödəməyə çalışarkən, şəhər sakinləri bu cür tədbirlərin zəruriliyini sorğulayıb. Sosial şəbəkələrdə paylaşılan videolarda qəzəbli şəhər sakinlərinin ərzaq qıtlığından və tibbi ləvazimatların qeyri-kafi olmasından şikayətləndikləri də müşahidə olunub.
Şanxay indi şəhəri üç zonaya bölməklə bəzi məhdudiyyətləri yumşaldıb: kilidləmə, nəzarət edilən və ehtiyat zonası. Bir həftə ərzində yeni yoluxma olmayan ərazilər "nəzarət" olaraq qeyd olunacaq və yeni yoluxmalar olmadan iki həftə keçərsə, onlar "ehtiyat" vəziyyətinə salınacaq. Daha az və ya heç bir hal olmayan ərazilərdəki insanlara daha çox azadlıq veriləcək - məsələn, yaşayış yerlərinin yerləşdiyi ərazilərdə hərəkət etmək.

 
Günay Rəsulqızı
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Lavrov: "Moskva və Bakı təyyarə qəzası məsələsini həll edə bilər"

"Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qara qutularının dekodlanması mediada verilən b...

Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi

Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.   Sfera.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü icl...

“TikTok” Elon Maska satılacaq? - Şirkətdən AÇIQLAMA

Məşhur sosial media platforması olan “TikTok”un ABŞ-dəki əməliyyatlarının dünyanın ən varlı adamı olan Elon Maska satıla biləcəyi ilə bağlı yayılan ...

Vanqa və Nostradamusun 2025-ci illə bağlı PROQNOZLARI

2025-ci il yeni başlasa da, fəlakətlərdən başı açılmır desək, yanılmarıq. Maraqlısı odur ki, bununla bağlı müxtəlif zamanlarda öncəgörənlər proqnozlar verib. Xü...

Bu ərazilərdə məzillər sürətlə bahalaşır - AÇIQLAMA

Metro stansiyalarının inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşa ediləcək stansiyaların ətrafında mən...

Xırdalanda yarmarkadan 15 minlik oğurluq etdi

Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15 min manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az...