Logo

"Ermənistanda inqilab, hərbi çevriliş və ya sui-qəsd baş verəcək" - PROQNOZ

"Ermənistanda inqilab, hərbi çevriliş və ya sui-qəsd baş verəcək" - PROQNOZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İrəvanda Paşinyana qarşı təşkil olunan aksiyalar, paralel olaraq Qarabağın dağlıq hissəsində "DQR" törtöküntülərinin həm hərbi, həm də siyasi fəallaşması vəziyyətin gərginləşəcəyinə açıq mesajdır”.

Sfera.az bildirir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. Politoloq qeyd edib ki, Ermənistanda qiyam, inqilab, hərbi çevriliş, sui-qəsd və ya hər hansı oxşar bir hadisə baş verən kimi, Azərbaycan iki mühüm addımı atmalıdır:

"Birincisi, Rusiyadan Azərbaycan ərazisindəki "sülhməramlılarını" müəyyən zaman ərzində - məsələn, 48 saat - çıxarmağı tələb etməliyik. İkincisi, verilən vaxt başa çatan kimi antiterror əməliyyatına başlamalı və yaraqlıları tərksilah etməliyik”.

Ekspert deyib ki, əks halda hər şey status-kvo (1988) vəziyyətinə qayıdacaq: "Azərbaycan isə, bu qarayaradan tarix boyu qurtula bilməyəcək”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR