Rektordan təhsilli işsizlər problemi ilə bağlı TƏKLİF

Rektordan təhsilli işsizlər problemi ilə bağlı TƏKLİF
"Ali təhsil məzununun işə qəbul edilməməsinin əsas səbəblərindən biri kimi onların iş təcrübələrinin olmaması qeyd edilir”.
 
Sfera.az bildirir ki, bunu İqtisad universitetinin rektoru Ədalət Muradov deyib. O əlavə edib ki, təhsil müddətində əyani təhsilalanların işə qəbul edilməsinin mövcud qanunvericilik tələblərinə zidd olduğu da bildirilir:

"Doğrudur, "Məşğulluq haqqında” qanununun 5.12.3. maddəsinə əsasən, təhsil müəssisələrində əyani təhsil alanların işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Eləcə də, 4.1.6-cı maddəsində ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində təhsil alanlar muzdlu şəxslərə aid edilir. Amma bütün bunlar tələbələrin işaxtaranlar kimi qeydiyyata alınmasına mane törətmir. Yəni, mövcud qanunvericilik əyani təhsil alan tələbələrin işə qəbul edilməsi üçün məhdudiyyətlər yaratmır”.

Rektor bildirib ki, əyani təhsilalanlar haqqı ödənilən əmək fəaliyyətilə məşğul ola bilər:

"Onun adına açılan əmək kitabçasında (və yaxud onun alternativində) müvafiq qeydlər aparıla bilər. Bu zaman tələbənin iş saatları ilə dərs saatlarının üst-üstə düşməməsi əsas şərtdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

“TikTok” Elon Maska satılacaq? - Şirkətdən AÇIQLAMA

Məşhur sosial media platforması olan “TikTok”un ABŞ-dəki əməliyyatlarının dünyanın ən varlı adamı olan Elon Maska satıla biləcəyi ilə bağlı yayılan ...

Vanqa və Nostradamusun 2025-ci illə bağlı PROQNOZLARI

2025-ci il yeni başlasa da, fəlakətlərdən başı açılmır desək, yanılmarıq. Maraqlısı odur ki, bununla bağlı müxtəlif zamanlarda öncəgörənlər proqnozlar verib. Xü...

Bu ərazilərdə məzillər sürətlə bahalaşır - AÇIQLAMA

Metro stansiyalarının inşası paytaxtda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. Bununla yanaşı inşa ediləcək stansiyaların ətrafında mən...

Xırdalanda yarmarkadan 15 minlik oğurluq etdi

Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15 min manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az...

“Kapital Bank” “Time” jurnalında: Fərid Hüseynovun müsahibəsi jurnalın xüsusi buraxılışında yer alıb

Ölkənin birinci bankı “Kapital Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynovun dünyanın ən nüfuzlu jurnallarından biri olan &ldq...

Azərbaycanda meşə yanğınlarının qarşısını almaq üçün hansı tədbirlər görülür?

Meşə yanğınları son onilliklərdə təbiətə və insanlara ciddi təsir edən qlobal problemlərdən birinə çevrilib. Məlum olduğu kimi, yanvarın 7-də ABŞ-nin Los Ancele...