Logo

Kurt Cobainin gitarası hərraca çıxarılır - Bu qiymətə

Kurt Cobainin gitarası hərraca çıxarılır - Bu qiymətə
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Amerikanın rok qrupu "Nirvana”nın vokalisti və gitaristi Kurt Cobainin geyimindən saçına qədər bir çox əşyası satılıb.

Sfera.az bildirir ki, bu dəfə qrupun əfsanəvi solistinin 1991-ci ildə "Smells Like Teen Spirit" klipində istifadə etdiyi gitara gələn ay ABŞ-ın Nyu-York şəhərində hərraca çıxarılacaq. 1969-cu il istehsalı olan "Fender Mustang” markalı  mavi gitara 600 000 dollara satışa təqdim edilir. Eyni zamanda məlumata görə, Cobainin 1965-ci il model, mavi rəngli "Dodge Dart” markalı avtomobili də hərraca çıxarılacaq.

Kobainin əvvəllər 4,5 milyon funta satılan akustik gitarası musiqi tarixinin ən bahalı əşyası olmuşdu.

Xatırladaq ki, musiqiçi 1994-cü ildə 27 yaşında evində ölü tapılıb.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR