"Bu müharibə hələ uzanacaq, növbəti hədəf..." - AÇIQLAMA

Media
16:56 / 14.04.2022
1417
Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciəti zamanı, "Rusiya Ukraynada dayanmağı planlaşdırmır. Putinin təbliğat maşını açıq şəkildə bəyan edir ki, Avropa Ukraynadan sonra "növbəti hədəfdir”, deyə bildirib.
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı Zelenskinin fikirlərində həqiqət olduğunu deyib:
"Rusiyanın xarici işlər naziri Sergey Lavrov da rus əsgərlərinin ərazilərdən çıxmayacağını, ancaq şərtləri qəbul olunduqdan sonra bunun ola biləcəyini demişdi. Fikrimcə, bu müharibə hələ uzanacaq, Qərb və ABŞ da bunu istəyir. Müharibə nə zaman bitəcək? - Vaşinqtonun maraqları təmin edilərsə, Ukrayna ərazisində son rus əsgəri Donbass və Luqanskın Ukrayna ərazi bütövlüyü çərçivəsində olarsa və ən önəmlisi Putin iqtidardan devrilə və ya gedərsə....”.
Müsahibimiz deyib ki, Donbass və Luqansk ətrafında ağır müharibə olacaq:
"Bu, Ukrayna-Rusiya müharibəsinin taleyini həll edəcək – ya sülh, ya da atəşkəs olacaq. Ancaq Rusiya bu müharibədə onsuz da məğlub olub, hazırda Mariupol ətrafında döyüşlər gedir. Düşünürəm ki, Avropa da bundan sonra Ukraynanın istədiyi silahları və digər hərbi yardımları edəcək”.
Günay Rəsulqızı
Sfera.az