Ukrayna \"Moskva\"nı necə asanlıqla batırdı? - \"Bu, sadəcə biabırçılıqdır\"

Ukrayna \
"Rusiya Qara Dəniz donanmasının flaqmanının itirilməsi sadəcə biabırçılıqdır - həm donanma adına, həm də dünya dövləti olmağı iddia edən Rusiya adına”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Turab Rzayev deyib. O bildirib ki, gəmi güclü raket əleyhinə müdafiə sistemi ilə - RLS ilə təchiz edilmiş "Fort" HHM sistemi və 6 AK-630 artilleriya qurğuları ilə müdafiə olunurdu:

"Ukrayna isə "Moskva"nı batırmaq üçün çox da əziyyət çəkməli olmadı. Başlanğıcda "Bayraktar TB2" RLS sistemini məhv edir, daha sonra gəminin gövdəsinə 2 ədəd gəmi əleyhinə"Neptun" raketi buraxılır və poçt markasındakı məşhur rus gəmisi artıq markada əsgərin göstərdiyi yerə göndərilir.  Gəminin bortu, həmçinin 64 ədəd S-300F Fort zenit raketi, 4 "Osa" ZRK, 36 zenit artilleriyası, 16 gəmi əleyhinə raket, 2 sualtı qayıq əleyhinə raket sistemi və bir döyüş helikopteri ilə təchiz olunmuşdu”.

Ekspert əlavə edib ki, Moskvanın vurulması Ukrayna ordusu üçün böyük mənəvi, psixoloji və hərbi uğurdur.

Qeyd edək ki, Ukrayna silahlı qüvvələri "Neptun” raketi ilə Rusiyanın Qara dəniz donanmasına məxsus "Moskva” kreyserini vurub.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR