Logo

Okeanlarda minlərlə yeni virus aşkarlandı

Okeanlarda minlərlə yeni virus aşkarlandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ alimlərinin yeni araşdırmasında okeanlarda 5 500-dən çox yeni virus növünün aşkar edildiyi açıqlanıb.

Sfera.az xəbər verir ki, "Science” jurnalında dərc edilən araşdırmada dünyanın hər yerindən on minlərlə su nümunəsinin analiz edildiyi, RNT viruslarının və ya RNT-ni genetik material kimi istifadə edən virusların aşkar edildiyi ifadə edilib.

RNT viruslar insanlarda soyuqdəymədən COVID-19-a qədər xəstəliklərə səbəb olduğu kimi, insanlar üçün vacib olan bitki və heyvanları da yoluxdurur. Dörd ildir okeanlardan toplanan su nümunələrində 44 mindən çox genin araşdırıldığı və 5 504 yeni dəniz RNT virusunun  təyin edildiyi bildirilib.

RNT viruslarının ölümcül xəstəliklərə səbəb ola bilcəyi deyilsə də, bu virusların ekosistemdə mühüm rol oynadığı vurğulanıb.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR