Logo

Çində "xortlayan" koronavirus yenidən Dünyanı təhdid edə bilər? - Ehtimallar

Çində "xortlayan" koronavirus yenidən Dünyanı təhdid edə bilər? - Ehtimallar
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Çində koronavirusa yoluxma halları son həftə ərzində artmaqda davam edir. Artıq gün ərzində ölkə üzrə COVID-19-a yoluxma halı 30 minə çatır. Bu isə öz növbəsində pandemiyanın başlanğıc nöqtəsi olan ərazinin yenidən qlobal miqyasda durumu gərginləşdirəcəyi ilə bağlı narahatlıq yaradır.

Maraqlıdır, yenidən sərt karantin, geniş ərazi vahidi üzrə artan koronavirus statistikası real görünürmü?

Məsələ ilə bağlı Sfera.az-a danışan Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov koronavirusun yayılmasının mutasiyalar vasitəsilə ola biləcəyini deyib:

"COVID-19 RNT tipli virusdur, ona görə də mutasiyalara nisbətdə daha çox meyil edir. Bir virus 20 fərqli orqanizmdən birində mutasiyaya uğraya bilir. Mutasiyalar adətən immun sistemi zəif olan insanlarda yaranır. Mutasiyanın əmələ gəlməsi alınmış yeni variantın reseptoruna bağlanmağına təsir edir. Virusların reseptorlara bağlanması isə  müxtəlif mərhələr üzrə gedir. Bundan dolayı virusun bədəndə yayılma və mutasiyaya uğrama prosesi gedir. COVID-19-un 50-dən çox mutasiyası var və onun 32-si "spike protein” bölgəsindədir”.

Professor yeni mutasiyaların yaranmasının dayanacağını  və pandemiyanın uzunmüddətli olmayacağını qeyd edib:

"Koronavirusun yox olmaq ehtimalı yüksəkdir, çünki mutasiyalardan yeni mutasiyanın əmələ gəlməsi yeni variantın reseptorlara bağlanmasını əngəlləyə bilər. Bununla da virus yox olub gedər. Lakin elə mutasiya ola bilər ki, o, reseptorlara bağlana bilər və pandemiya davam edər. İlkin variantın olma ehtimalı daha çoxdur. Ciddi narahatlıq üçün isə əsas yoxdur. Hazırda  peyvəndləmə işləri geniş miqyasda aparılır və insanlarda immunnitet formalaşıb”.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR