Dünya ÇAŞQIN VƏZİYYƏTDƏ: Çin 25 milyonluq şəhərdə nə gizlədir? - VİDEO

Media
16:10 / 13.04.2022
950
Çindən gələn xəbərlər sosial medianın gündəmindən düşmür.
Sfera.az bildirir ki, son bir ayda ölkədə tətbiq edilən sərt karantin bir sıra suallar doğurub. Belə ki, koronavirusa ağır yoluxmaların sayı 1, insan itkisi isə sıfır olduğu halda, tətbiq edilən sərt karantin rejiminin səbəbi hələ də müəyyən olunmayıb. Xüsusilə, sosial mediada yayılan videolarda evdə pəncərələrə dırmaşaraq qışqıran insanların olduğu görülüb.
Məlumata görə, 25 milyon əhalinin yaşadığı Şanxayda sərt karantin tətbiqi ilə bağlı dəqiq izahat olmasa da, ilk ağla gələn sual yeni virusun olub-olmamasıdır.
Digər tərəfdən, iddialara görə, şəhərdə vaxtaşırı intihar halları da olur. Yayılan başqa informasiyalara əsasən, sözügedən şəhərdə zaman-zaman elanlar və xəbərdarlıqlar edilir. Pəncərələrə dırmaşaraq mahnı oxuyan və ya qışqıran insanlar üçün edilən elanlarda "Hörmətli şəhər sakinləri, yerli hökumətin pandemiyadan qorunma qaydalarına ciddi əməl edin. Ruhunuzun azadlıq istəyinə nəzarət edin və mahnı oxumaq üçün pəncərələrə yaxınlaşmayın. Bu davranış çirklənmə riski daşıyır”, kimi cümlələr səsləndirilib. Həmçinin hazırda ölkədə aclıqla mübarizə aparıldığı da irəli sürülüb.
Günay Rəsulqızı
Sfera.az