Google Play “Sberbank”ın tətbiqini mağazasından sildi

Media
14:20 / 13.04.2022
1418
"Google” şirkəti Rusiyanın ən böyük bankı olan "Sberbank”ın tətbiqini Google Play mağazasından silib.
Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bankın tətbiqini Android platformasında görmək mümkün olmayacaq.
Amma əvvəllər quraşdırılmış proqram Android əməliyyat sistemində işləyəcək. Həmin proqramı yeniləmək isə mümkün olmayacaq. Buna görə də bank müştərilərinə tövsiyə edir ki, əvvəllər quraşdırılmış bank tətbiqini silməsinlər.
Xatırladaq ki, bir gün öncə "Sberbank”ın tətbiqi "App Store”dən də silinib. Bu, ABŞ-ın banka tam bloklayıcı sanksiyalar tətbiq etməsindən sonra baş verib.
Qadağa, xüsusilə, ABŞ şirkətləri ilə Rusiya təşkilatı arasında əməkdaşlıqdan imtinanı nəzərdə tutur.
Sfera.az