Nyu York metrosundakı hadisəni kimin törətdiyi bilindi: Başına 50 min dollar pul qoyuldu - FOTO

Media
11:29 / 13.04.2022
1080
Nyu-York Polis İdarəsi Bruklin rayonundakı metro stansiyada baş verən atışma ilə bağlı yeni açıqlama yayıb.
Sfera.az bildirir ki, hadisənin terror aktı olmadığı bəyan edilib. Qeyd edilib ki, hücum edən 62 yaşlı Frank Ceyms adlı qaradərili olub. Onun başına 50 000 dollar mükafat qoyulub.
"Bu gün səhər saatlarında Nyu-Yorkun 36-cı küçəsi metro stansiyasında baş verən atışma hadisəsini araşdırırıq. İctimaiyyəti əmin etmək istəyirik ki, hazırda metrolarımızda məlum partlayıcı qurğu yoxdur. Bu hadisə terror hadisəsi kimi araşdırılmır”, - deyə məlumata əlavə edilib.
Hücum səbəbinin hələ bilinmədiyini ifadə edən qurum, yaralananların sayının 16-ya çatdığını deyib:
"Onlardan 10-nun vəziyyəti yaxşıdır, 5-i isə kritik haldadır".
Səlahiyyətlilər şübhəlinin icarəyə götürdüyü mikroavtobusda çoxlu sayda silah və sursat tapıblar. Metro stansiyasındakı şahidlərin dediyinə görə, hücum edən şəxs qaz maskasını sakitcə taxdıqdan sonra hücumu həyata keçirib. Sözügedən şəxsin qaz bombalarından istifadə etdiyi və metronun qapısı açılmadığı üçün sərnişinlərin də onunla birlikdə içəridə qaldığı bildirilib.
Günay Rəsulqızı
Sfera.az