Logo

Anar Ələkbərovun doğum günüdür

Anar Ələkbərovun doğum günüdür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovun doğum günüdür.

Anar Ələkbərov 1998-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq menecment ixtisası üzrə bakalavr pilləsini bitirib. 2001-ci ildə Bakıda Qərb Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

2008-ci ildən Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktoru təyin edilib.

2013-cü ildə Fransanın "İncəsənət və ədəbiyyat ordeni” ilə təltif edilib.

Anar Ələkbərovun doğum günüdür

21 fevral 2014-cü ildə Azərbaycan Avtomobil İdman Növləri Federasiyasının prezidenti seçilib.

2014-cü ildə Azərbaycan və Macarıstan arasında əlaqələrin genişləndirilməsində və bu ölkədə mədəni-humanitar layihələrin həyata keçirilməsindəki xidmətlərinə görə Macarıstanın dövlət mükafatı – "Komandor xaç” ordeni ilə təltif edilib.

Anar Ələkbərovun doğum günüdür

2014-cü ildə "Mehriban Əliyeva – xeyirxahlıq və ümid mücəssəməsi” adlı məqaləsi və "Mehriban” adlı kitabı çap edilib. "Milan Expo 2015” ümumdünya sərgisində Azərbaycan nümayəndə heyətinin sədri olub.

Anar Ələkbərovun doğum günüdür

2017-ci ildə Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi təyin olunub. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin köməkçisi təyin edilib.

Sfera.az kollektivi olaraq Anar Ələkbərovu ad günü münasibətilə təbrik edir, ona can sağlığı, bundan sonrakı fəaliyyətində uğurlar arzulayırıq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR