Logo

Birinci rübdəki qiymət artımları AÇIQLANDI

Birinci rübdəki qiymət artımları AÇIQLANDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda 2022-ci ilin birinci rübündə qiymətlər əvvəlki ilin birinci rübünə nisbətən 12,2 faiz artıb.

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, birinci rübdə ərzaq məhsulları 17,5 faiz, qeyri-ərzaq məhsulları 6,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 10,1 faiz bahalaşıb.

Birinci rübün sonuncu ayı olan martda illik qiymət artımları isə 12,1 faiz olub. Ötən ilin mart ayı ilə müqayisədə ərzaqlar 17,4 faiz, qeyri-ərzaqlar 6,6 faiz, pullu xidmətlər 10 faiz bahalaşıb.

Martda bir ay ərzində qiymət artımları 1,1 faiz təşkil edib. Ay ərzində ərzaq qiymətləri 1,6 faiz, qeyri-ərzaq və pullu xidmətlərin qiyməti isə 0,8 faiz artıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR