Logo

Canlı yayımda Rusiyaya etiraz edən jurnalist yeni iş tapdı – Hansı ölkədə fəaliyyət göstərəcək?

Canlı yayımda Rusiyaya etiraz edən jurnalist yeni iş tapdı – Hansı ölkədə fəaliyyət göstərəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada canlı yayımda pankartla efirə çıxaraq etiraz edən rus jurnalist Marina Ovsiannikova alman qəzetində işləməyə başlayıb.

Sfera.az xəbər verir ki, martın ortalarında Kreml yönümlü televiziya kanalında nümayiş etdirdiyi etirazdan sonra müharibə əleyhinə simvollardan birinə çevrilən rusiyalı jurnalist Marina Ovsiannikova Almaniyanın aparıcı "Die Welt” qəzetində Ukrayna və Rusiyadan reportajlar hazırlamağa başlayıb.

Ovsiannikova alman qəzetində yazmaqla bərabər, televiziya xəbər kanalında da çalışacaq.

"Welt” qrupunun baş redaktoru Ulf Poşdart xanım jurnalistin ən mühüm vəzifəsini icra etdiyini deyərək, cəsarətini alqışlayıb.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR