Rusiya Slovakiyanın Kiyevə verdiyi \"S-300\"ləri vurdu: \"Geriyə heç bir şey qalmadı...\"

Rusiya Slovakiyanın Kiyevə verdiyi \
Rusiya ordusu Avropanın tədarük etdiyi S-300 hava hücumundan müdafiə sistemini Ukraynanın Dnepr şəhəri yaxınlığında məhv edib.
 
Sfera.az bildirir ki, bu barədə Rusiya tərəfi məlumat yayıb. 

İzyum şəhəri yaxınlığında iki Ukrayna SU-25 döyüş təyyarəsinin də vurulduğu açıqlanıb. 

Hərbi məntəqələrlə yanaşı, mülki əraziləri də hədəfə almağa davam edən Rusiya əsgərləri dünən Dnepr hava limanını da vurub. 

Hücumdan sonra sosial media hesabından açıqlama verən Dnepr vilayətinin qubernatoru Valentin Rezniçenko,"Dnepr hava limanına təkrar hücum olub. Hava limanından heç bir şey qalmadı. Hava limanı və ətrafdakı strukturlar dağıdılıb. Raketlər uçuşa davam edir. Qurbanların sayını müəyyənləşdirməyə çalışırıq”, - deyə söyləyib.

Qeyd edək ki, Slovakiyanın baş naziri Eduard Heqer aprelin 8-də Ukraynaya S-300 hava hücumundan müdafiə sistemi verdiyini demişdi. Heqer, "Ukrayna xalqı həm öz ölkəsinin, həm də bizim suverenliyimizi cəsarətlə müdafiə edir. Rusiyanın hücumları altında insan itkisinə biganə qalmamaq və kömək etmək bizim borcumuzdur", - deyə bildirmişdi.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...