Bayden 100 min ukraynalıya söz vermişdi: ABŞ martda niyə cəmi 12 nəfəri qəbul etdi? - SƏBƏBLƏR

Bayden 100 min ukraynalıya söz vermişdi: ABŞ martda niyə cəmi 12 nəfəri qəbul etdi? - SƏBƏBLƏR
ABŞ prezidenti Co Baydenin Rusiyanın işğalından sonra ölkələrini tərk edən 100 min ukraynalını qəbul edəcəklərini açıqlamasına baxmayaraq, mart ayında ABŞ qaçqın proqramından cəmi 12 nəfər keçib.
 
Sfera.az xəbər verir ki, minlərlə ukraynalının Meksika sərhədindən və müxtəlif vizalarla qanuni yolla ölkəyə daxil olduğu bilinsə də, Konqres üzvləri və hüquq müdafiəçiləri sığınacaq və viza prosedurlarının sürətləndirilməsini tələb ediblər.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, fevralın 24-də Rusiyanın işğalından sonra 4 milyondan çox ukraynalı qonşu ölkələrə sığınıb. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropanın ən sürətlə böyüyən qaçqın böhranına çevrilib.

Sığınacaq axtaranların əksəriyyəti Avropa ölkələrinə üz tutsa da, Bayden martın 24-də 100 minə qədər ukraynalının qəbulu üçün bütün qanuni yollardan istifadə ediləcəyini açıqlayıb. Bu yollara Amerika vətəndaşlığına imkan yaradan qaçqınların məskunlaşdırılması proqramı, etibarlı vizaların uzadılmasına və fövqəladə hallarda müvəqqəti icazələr daxildir.

ABŞ Dövlət Departamentinin məlumatına görə, yanvar və fevral aylarında işğal başlamazdan əvvəl 514, işğaldan sonra isə 12 ukraynalı qaçqın qəbul edilib.
Xarici İşlər Nazirliyinin rəsmisi Kiyevdəki qaçqın əməliyyatlarının dayandırıldığını və prosesin Moldovanın paytaxtı Kişinyovdan aparıldığını bəyan edib.
Anonim mənbədən bildirilib ki, mart ayında ABŞ-a getmək üçün edilən müraciətlərin əksəriyyəti təsdiqlənib, lakin uçuşların ləğvi səbəbindən sığınacaq axtaran şəxslər ABŞ-a çata bilməyib.

Qeyd edək ki, illik ümumi qaçqın qəbulu kvotasını 15.000-ə endirən əvvəlki Prezident Donald Trampdan sonra Bayden bu kvotanı 125.000-ə çatdırıb.

Əzizə Zeynal 
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb- FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...