Bekhemlərin oğlu milyarderin qızı ilə evləndi, soyadını dəyişdi - FOTOLAR

Bekhemlərin oğlu milyarderin qızı ilə evləndi, soyadını dəyişdi - FOTOLAR
Viktoriya-Devid Bekhem cütlüyünün oğlu Bruklin Bekhem ötən gecə milyarder Nelson Peltsin qızı Nikola Enn Peltzlə ailə həyatı qurub.
 
Sfera.az bildirir ki, toy məclisi Florida ştatının Palm Sprinqs şəhərində, Peltz ailəsinin Palm Sprinqsdəki 103 milyon dollarlıq malikanəsində baş tutub. 1,6 milyard dollar sərvəti olan Nelson Peltzin qızının toyu üçün 4 milyon dollar xərclədiyi iddia edilib. Toya bir çox məşhur qonaq qatılıb. İdman və sənət dünyasının tanınmış simalarının bir araya gəldiyi tədbirdə 300 nəfər iştirak edib.

Bruklin Bekhemin ailə qurduqdan sonra həyat yoldaşının soyadını daşımaq qərarı isə hər kəsi təəccübləndirib. O, bunu həyat yoldaşına sevgi nümayişi olaraq etdiyini bildirib. "Instagram”da 13,5 milyon izləyicisi olan Bruklin toyundan ilk paylaşımını edib və "Mr & Mrs Peltz Beckham" qeydi ilə həyat yoldaşının soyadını götürdüyünü təsdiqləyib. Lakin Devid və Viktoriya Bekhem paylaşımlarında oğullarını "Beckham” soyadı ilə qeyd ediblər. İkilinin bu addımı oğullarının soyad qərarını dəstəkləmədikləri ilə bağlı söz-söhbətə səbəb olub.

ABŞ və İngiltərə mətbuatında yer alan iddialara görə, Peltzin atası Nelson kürəkəninə evlilik müqaviləsi imzalatdırıb. Bəylə gəlinin imzaladığı müqaviləyə görə, onlar boşansa, hər ikisi ailələrinin sərvətindən pay almayacaqlar. Nə Bekhem, nə də Peltz ailəsi bu iddiaya cavab verib.

Bruklin Bekhem isə sosial şəbəkə hesabındakı paylaşımına bunları əlavə edib: 

"İki həftə əvvəl Nikolaya evlilik təklifi etdim və  o, razılaşdı. Mən dünyanın ən şanslı adamıyam. Söz verirəm ki, ən yaxşı ər və bir gün ən yaxşı ata olacağam".

Xatırladaq ki, Nikola Enn Peltzlə Bruklin Bekhem 2020-ci ildə nişanlanmışdılar.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb- FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...