Logo

Makron rəqibindən geri qaldı, Rusiya ilə Ukraynanı günahlandırdı: “Kim bilərdi ki…”

Makron rəqibindən geri qaldı, Rusiya ilə Ukraynanı günahlandırdı: “Kim bilərdi ki…”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fransa prezidenti Emmanuel Makron cümə günü seçkiqabağı kampaniyaya gec başladığına görə təəssüfləndiyini bildirib.

Sfera.az "Reuters”ə istinadən xəbər verir ki, rəy sorğuları ifrat sağçı namizəd Marine Le Penin Makrona nisbətdə daha çox səs topladığını üzə çıxarıb. Makron buna səbəb kimi Rusiya-Ukrayna müharibəsini göstərib:

"Kim altı həftə əvvəl birdən siyasi mitinqlərə başlayacağımı, Ukraynada müharibə başlayanda diqqətimi daxili məsələlərə yönəldəcəyimi başa düşə bilərdi? Le Penin proqramı kütləvi işsizlik yaradacaq, çünki beynəlxalq investorları uzaqlaşdıracaq. Onun əsasları dəyişməyib: bu, cəmiyyəti bölmək məqsədi daşıyan və çox qəddar olan irqçi bir proqramdır”,- deyə Fransa prezidenti bildirib.

Xatırladaq ki, Fransada prezident seçkiləri bu ay keçiriləcək.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR