Logo

Çindən Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına REAKSİYA

Çindən Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasına REAKSİYA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Çin insan haqları məsələlərində ikili standartlara və insan haqları problemindən digər ölkələrə təzyiq etmək üçün istifadə edilməsinə qəti şəkildə qarşıdır”.

Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü məlumat yayıb.

Sözçü Rusiyanın BMT-nin İnsan Haqları Şurasından çıxarılmasının şəffaf bir qərar olmadığını və yalnız Şuradakı parçalanmanı dərinləşdirəcəyini, Moskva ilə Kiyev arasındakı gərginliyin qərarla birlikdə artacağına diqqət çəkib.

Qeyd edək ki, dünən BMT Baş Assambleyası Rusiyanın İnsan Hüquqları Şurasına üzvlüyünün dayandırılmasına səsverməyə qoyub. 175 ölkədən 93-ü qərarın lehinə, 24 ölkə isə əleyhinə səs verib. 58 ölkə isə bitərəf qalıb.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR