Logo

Məşhur rok qrupu 30 ildən sonra ilk dəfə Ukrayna üçün birləşdi - FOTO

Məşhur rok qrupu 30 ildən sonra ilk dəfə Ukrayna üçün birləşdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məşhur ingilis rok qrupu "Pink Floyd”un üzvləri 30 ildən sonra ilk dəfə bir araya gəliblər.

Sfera.az bildirir ki, buna səbəb kimi Rusiya-Ukrayna müharibəsi göstərilib.

Belə ki, qrup üzvləri Ukrayna xalqına pul toplamaq üçün yeni mahnı ərsəyə gətirəcəklərini açıqlayıblar. 1980-ci illərdə qrupdan ayrılan solist Roker Uotersin layihədə iştirak etmədiyi bildirilib.

Məşhur rok qrupu 30 ildən sonra ilk dəfə Ukrayna üçün birləşdi - FOTO

Qeyd edilib ki, mahnıdan əldə olunan gəlir Ukrayna Humanitar Fonduna veriləcək. Məlumata görə, buraxılacaq mahnı fevral ayında ukraynalı müğənni Andriy Xlyvnyukun Sofiya Katedralinin qarşısında ifa etdiyi və sosial şəbəkədə paylaşdığı vətənpərvərlik mahnısı olacaq. Musiqini yazarkən Kiyevdə olan və qəlpə yarasından müalicə alan Xlyvnyukla danışdığını bildirən qrup üzvü Devid Gilmour bu fikirləri söyləyib:

"Mahnının bir hissəsini telefonda onun üçün səsləndirdim və o bəyəndi. Gələcəkdə də birlikdə işləməyi planlaşdırırıq. Biz bu mahnı ilə dünyaya Ukrayna işğalının yanlış olduğunu göstərmək istəyirik”.

Məşhur rok qrupu 30 ildən sonra ilk dəfə Ukrayna üçün birləşdi - FOTO

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR