Qarabağdakı ermənilər üçün GERİ SAYIM BAŞLADI: “Bu ayın axırına kimi...”

Qarabağdakı ermənilər üçün GERİ SAYIM BAŞLADI: “Bu ayın axırına kimi...”
"Brüsseldə keçirilən görüşdə razılaşdırılan məsələlər ətrafında Ermənistanın mövqeyinin dəyişməsi mümkündür”.

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Qarabağda bir qrup separatçıların şantajları ilə prosesi uzadarsa, həmçinin Qarabağdakı ermənilər Rusiyaya birləşmək oyunu ilə imzalar toplayarsa, Azərbaycan artıq hərbi vasitəyə əl atmalıdır:

"Bu ayın axırına kimi rəsmi İrəvanın sərhədlərlə bağlı mövqeyində dəyişilik olması mümkün deyil. Bundan əlavə, Azərbaycanın Ermənistanın işğalı altında olan anklav kəndlərinin qatarılması da prosesdə yer almalıdır. Ona görə də Paşinyan tərəddüd edir. Artıq, Qarabağdakı ermənilər üçün geri sayım başlayır. Yeni açılacaq Laçın dəhlizi yolunda Azərbaycanın post qoyması mümkündür. Belə olan təqdirdə Qarabağdakı silahlı separatçıların sonuna qısa bir vaxt qalır”.
 
Politoloq qeyd edib ki, Nikolun Qarabağı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tanımasından başqa çıxış yolu yoxdur:

"Demək olar ki, bir qrup erməni separatçı regionda dəyişən geosiyasi nizamı pozacaq gücdə deyil. Onları müdafiə edən Rusiya sülhməramlı qüvvələri də Ukraynada Kremlin məğlub olması ilə buradan çəkilib gedəcək. Azərbaycanın apardığı siyasət regionda yeni bir geosiyasi nizam yaradıb.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb- FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...