“Kupça”sı olmayan mənzillər hansı problemlə üzləşəcək? – AÇIQLAMA

“Kupça”sı olmayan mənzillər hansı problemlə üzləşəcək? – AÇIQLAMA
Daşınmaz əmlak alan əksər vətəndaşların üzləşdiyi problemlərdən biri də tikililər üçün "kupça”ların verilməməsidir. 
 
Son illər tikililərə çıxarışların verilməsi ilə bağlı müvafiq işlər görülsə də, hələ də xeyli sayda mənzil, obyektdə problem aradan qaldırılmayıb.
 
Maraqlıdır, insanlar mənzillərinə çıxarış alarkən nə üçün bu qədər problem yaşayır? Bu məsələnin həlli üçün hansı addımlar atılmalıdır?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan əmlak məsələri üzrə ekspert Elnur Fərzəliyev binalara çıxarışların verilməməsinin büdcə və vətəndaşlara küllü miqdarda maddi ziyan vurduğunu bildirib:
 
"İllərdir ki, yeni tikilən binalara çıxarışın verilməsi problemli məsələlərdən biri olaraq qalır. Bunun həlli ilə bağlı 2019-cu ildə prezidentin tapşırığı ilə 400 yeni tikili binaya çıxarış verilmişdi. Hətta həmin il bəzi binalar 10 ildir tikilməsinə baxmayaraq, çıxarış ala bilmirdi.  Buna rəğmən bu gün də çıxarış ala bilməyən binaların sayı çoxdur. Çoxmərtəbəli binalar tikilərkən aidiyyatı orqanlardan lazımı sənədlər alınır, möhürlər vurulur və bundan sonra tikintiyə başlanılır. Lakin tikinti bitdikdən sonra çıxarışın alınması məsələsi müşkülə çevrilir.  Burada isə iki tərəf uduzur. Birinci tərəf həmin binadan mənzil alan vətəndaşlardır, ikinci tərəf isə dövlət büdcəsidir. Yəni binaya çıxarış veriləndə mənzillərin alqı-satqısı zamanı dövlətə vergi ödənilir, mənzil sığortalana bilir, ipoteka predmetinə çevrilib satışa çıxarıla bilir. Bütün bunların olmaması külli miqdarda gəlirdən məhrum olmaqla nəticələnir”.
 
Ekspert xarci ölkə vətəndaşlarının Azərbaycanda daşınmaz əmlak sahəsinə sərmayə qoymaq istədiklərini, lakin çıxarış səbəbilə bunun mümkün olmadığını da vurğulayıb:
 
"Başqa ölkələrdən Azərbaycana gələn  əcnəbi sərmayəçilər var ki, daşınmaz əmlak bazarına yatırımlar etmək istəsələr də, çıxarışların olmaması səbəbilə mənzil və s. ala bilmirlər. Bizdə mənzil alan şəxsin bina ilə bağlı məlumat toplaması üçün hansısa baza yoxdur, alıcı bina və mənzillə yox, onun sahibinin hansı keyfiyyətlərə malik olması ilə maraqlanır. Dünyanın heç bir yerində belə bir təcrübə yoxdur”.
 
Əzizə Zeynal
Sfera.az  

OXŞAR XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb- FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...

Deputatdan baş nazirə: Evlər niyə 3 dəfə bahalaşıb?

Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə...