Türkiyə də neft ehtiyatlarını satışa çıxaracaq – Qərb ölkələri Rusiyanı bu bazarda sıxışdırır

Media
12:22 / 08.04.2022
841
Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan ölkələr qarşıdakı 6 ayda ümumilikdə 120 milyon barel həcmində rezerv nefti satışa çıxaracaq.
Sfera.az bildirir ki, neftin 60 milyon barelini ABŞ, 15 milyon barelini Yaponiya verəcək.
Türkiyə də rezervlərinin bir hissəsini satacaq. Qardaş ölkə 3 milyon barel neft və ya neft məhsullarını satışa çıxaracaq.
BEA Rusiyanın Ukraynaya təcavüzündən sonra artan neft qiymətlərinin qarşısını almaq üçün bu qərarı qəbul edib.
Agentliyin 31 üzvü var. Üzvlərin hamısında sənaye inkişaf etmiş sahədir. Rusiya da bu təşkilata üzvdür. Rusiya istisna olmaqla digər üzvlər bazarda neft bolluğu yaratmaq üçün ehtiyatlarının bir hissəsini satmağa razılıq verib.
Vasif
Sfera.az