Logo

ABŞ-dan Rusiyaya G-20 ZƏRBƏSİ: “Ruslar varsa, biz yoxuq”

ABŞ-dan Rusiyaya G-20 ZƏRBƏSİ: “Ruslar varsa, biz yoxuq”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Rusiyanın iştirak etdiyi G20 toplantılarına qatılmayacaq.

Sfera.az bildirir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində çıxışı zamanı məlumat verib.

O, bu qərarını G20 həmkarlarına açıq şəkildə ifadə etdiyini bildirib:

"Prezident Bayden bildirdi ki, Rusiya üçün heç bir maliyyə qurumunda işlər həmişəki kimi ola bilməz və mən onunla tamamilə razıyam. O, Rusiyanın G20-dən çıxmasını istəyirdi. Mən də İndoneziyadakı həmkarlarıma rusların orada olacağı təqdirdə, bir sıra görüşlərdə ABŞ-ın iştirak etməyəcəyini açıq şəkildə dedim”.

Xatırladaq ki, Bayden keçən ay Belçikanın paytaxtı Brüsseldə keçirdiyi mətbuat konfransında Rusiyanın G20-dən çıxarılmasının lazım olduğunu bildirsə də, bu addımı rəsmiləşdirmək üçün digər üzvlər arasında razılaşmanın lazım olduğunu vurğulamışdı. Növbəti G20 Liderlər Zirvəsi noyabr ayında İndoneziyada keçiriləcək.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR