Dollar və manat bir qədər də bahalaşıb

Dollar və manat bir qədər də bahalaşıb
ABŞ mərkəzi bankının (FED) maliyyə siyasətini sərtləşdiriləcəyinə dair gözləntilərin artması, eyni zamanda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinin avronu zəiflədəcəyi ehtimalı dolları möhkəmləndirir.

Sfera.az xəbər verir ki, bu gün beynəlxalq birjalarda ABŞ dollarının 6 əsas valyutaya qarşı orta məzənnə dəyərini ölçən ABŞ Dolları İndeksi bir qədər də artaraq 99,8 həddini ötüb.

Sonuncu dəfə indeksin bu səviyyəyə çatması 2017-ci ilin martında nüşahidə olunmuşdu.

FED-in rəsmilərinin əksəriyyəti ABŞ-ın pul siyasətini "daha neytral mövqeyə” gətirmək üçün faiz artımlarını sürətlə həyata keçirməyi tövsiyə edirlər. Bu çağırışların artması birjalarda dolların dəyərinin yüksəlməsinə dəstək verir. Dolların bahalaşmasından sonra avro/dollar məzənnəsi 1,12 səviyyəsindən 1,084 səviyyəsinə qədər geriləyib. Yəni avro bir qədər də ucuzlaşıb.

Avronun ucuzlaşması Azərbaycanda da müşahidə edilir. Son günlərdə bir avro 1,88 manatdan 1,84 manata qədər ucuzlaşıb.

Qarşıdakı aylarda faiz artımları və FED-in balansının kiçildilməsi siyasəti dolları bir qədər də bahalaşdıracağı ehtimal olunur. ABŞ dollarının bahalaşması manatın da dəyərinin yüksəlməsinə səbəb olacaq.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar şəhid anaları ilə iftarda- FOTOLAR

Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayında daha bir iftar süfrəsi təşkil olunub.   Sfera.az xəbər verir ki, Heydər Əliyev Fondunun vi...

İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb

Türkiyənin üç vilayətində İstanbul Baş Prokurorluğu və Milli Kəşfiyyat Təşkilatının (MİT) koordinasiyası ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində İran ...

Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Ruslan Nurullayev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının son günündə qızıl medal qazanıb.  ...

Deputatdan baş nazirə: Evlər niyə 3 dəfə bahalaşıb?

Hər dəfə yağış yağanda evlər və qəzalı vəziyyətdə olan binalar su içərisində qalır. Belələri təmsil etdiyim Xətai rayonunda çoxdur. Niyə bu tikinti şirkətlərinə...

Bu, Əliyev və Paşinyan üçün böyük nailiyyət olacaq - Berset

Avropa Şurasının Baş katibi Alen Berset Azərbaycan və Ermənistanın sülh sazişi layihəsi üzrə danışıqların başa çatması ilə bağlı bəyanatlarını alqışlayıb. &n...

Hava limanında təyyarə alışdı: Yaralılar var

ABŞ-ın Kolorado ştatının Denver hava limanında ekstremal vəziyyət yaranıb.    Sfera.az bildirir ki, “American Airlines”a məxsus Boei...