Logo

Yaponiya və Qətərdən əməkdaşlıq mesajı

Yaponiya və Qətərdən əməkdaşlıq mesajı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yaponiya Baş naziri Kişida Fumio və Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında telefon danışığı olub.

Sfera.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, 20 dəqiqə davam edən görüşdə tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra artan xam neft, təbii qaz və xammal qiymətlərini müzakirə ediblər.

Fikir mübadiləsi aparan nazirlər qlobal enerji bazarlarının sabitliyini təmin etmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Həmçinin tərəflər Rusiya-Ukrayna böhranının həlli üçün əməkdaşlığın vacibliyini vurğulayıblar.

Turan Rzayev

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR