Buçadakı DƏHŞƏTLİ HEKAYƏLƏR: “Parçalara ayırdılar, sorğusuz-sualsız başından güllələndi..” – Şahidlər danışır

Buçadakı DƏHŞƏTLİ HEKAYƏLƏR: “Parçalara ayırdılar, sorğusuz-sualsız başından güllələndi..” – Şahidlər danışır
Ukraynanın Buça şəhərində baş verən faciənin pərdəarxası məqamları ortaya çıxıb.
 
Sfera.az bildirir ki, şahidlərin ağlasığmaz hadisə ilə bağlı açıqlamaları gündəmin müzakirə obyektinə çevrilib. Həmin şəxslər dünyanın müxtəlif media orqanlarına bu barədə danışıblar.
 
"Əl bombası ilə parçalara ayrıldı”
 
53 yaşlı Mikola doğma şəhərinin küçələrində vəhşicəsinə reallaşan edamların şahidi olduqdan sonra bir ay əri ilə birlikdə mənzilinin soyuq və qaranlıq zirzəmisində gizlənib. Mikolanın sözlərinə görə, ruslar yaşı 50-dən aşağı olan bütün kişiləri öldürüb və onlara 20 dəqiqə ərzində dostlarını dəfn etməyi əmr ediblər. Onun isə dostlarından ikisini gözünün qabağında güllələyib, digərini qumbaraatanla parçalayıblar. Günlərlə toxunulmamış qalan bədən hissələrini Mikola çantaya yığaraq qəbirdə basdırıb.
 
"Nümunə olsun deyə edam etdilər”
 
Digər şahid Vanya Skiba "The Economist”ə açıqlamasında deyib ki, ruslar bir qrup inşaatçı toplayıb onlara lüt soyunmağı və üzüstə yerə uzanmağı əmr edib: "Əsgərlər onların bədənlərində və telefonlarında hərbi döymələr və ya anti-Rusiya əhval-ruhiyyəsinə dair dəlil axtardılar. Həmin şəxslərdən biri digərlərini danışdırmaq üçün nümunə kimi öldürüldü. Başqa birisi Donbasda yerləşən Ukrayna qüvvələrinin üzvü olduğunu etiraf etməyə məcbur oldu və edam edildi. Digərləri rus əsgəri tərəfindən öldürülmək əmri verilənə qədər işgəncələrə məruz qaldılar”. Skiba özü də hadisə zamanı yaralanıb. Rus əsgərləri hasardan keçərək yaxınlıqdakı evə qaçana qədər o, beton döşəmədə ölü kimi davranıb. Daha sonra onu başqa bir bölmədən olan ruslar tapıblar, yenidən güllələndiyi anbara aparıblar və sərbəst buraxılana qədər onlarla qadın və uşaqla orada qalıblar.
 
"Sorğusuz-sualsız başından güllələndi”
 
Vəhşi qətllərdən sonra yerli sakinlər bildiriblər ki, Putin ordusu həlak olan mülki şəxslərin evlərinə basqın edib, onların spirtli içkisini içib, əylənib və əşyalarını oğurlayıb. 72 yaşlı Vladimir Abramov isə rus əsgərlərinin evin giriş qapısını sındırıb atəş açaraq binaya qumbara atmasından sonra 48 yaşlı qızı İrina və onun 40 yaşlı əri Oleqlə birlikdə evdən qaçıb. Lakin Vladimirin kürəkəni rus əsgərlərinin qarşısında diz çökməyə məcbur edilib və heç bir sual belə verilmədən başından güllələnib. Oleqin cəsədi qohumu tərəfindən götürülənə qədər bir ay orada qalıb.
 
"Atam başını mənə tərəf çevirdi və...”
 
Martın 17-də 14 yaşlı Yuri Neçiporenko və onun atası, 49 yaşlı vəkil Ruslan velosipedlə şəhər administrasiyasının binasına gedərkən kömək istəmək üçün rus əsgəri onları saxlayıb. Yuri "BBC”yə dəhşətli hadisəni bu sözlərlə izah edib: "Biz onlara heç bir silahımızın olmadığını dedik.  Sonra atam başını mənə tərəf çevirdi və o zaman güllələndi... Sinəsindən, ürəyinin olduğu yerdən iki dəfə vuruldu və  yerə yıxıldı. Mən isə əlimdən, qolumdan güllələndim. Başıma yönələn üçüncü güllə səsini eşitdim, lakin dəymədi. Rus əsgəri gedəndən sonra ayağa qalxıb qaça bildim”.
 
"Öldürməmişdən qabaq yanağını kəsdilər”
 
Müharibə başlayanda anası və nənəsinə qulluq etmək üçün Buçaya qayıdan Vladislav Kozlovski "The Telegraph”a deyib ki, tanıdığı iki nəfər tərk edilmiş şüşə fabrikindən qaçmağa cəhd edib, lakin ruslar tərəfindən tapılıb. Biri başının arxasından güllə yarası alıb, digərinin isə ürəyindən güllə yarası almamışdan əvvəl yanağını kəsiblər. Sergey Malik "The Independent”ə rus əsgərlərinin martın 25-də 89 yaşlı qonşusu Alla Minoravanı yatağında necə güllələdiyindən danışıb: "Onu niyə vurduqlarını demədilər. Səbəb tapmaq çətindir... Burada qətllərin çoxu mənasızdır, onun kimi qocaları, cavan oğlanları, qızları öldürürdülər”.
 
Uşaq bağçasının döyüş sənəti üzrə müəllimi Taras Şevçenko isə, "The Guardian”a bu tipli növbəti qətl barədə danışıb. Onun sözlərinə görə, yaşlı cütlük yolu keçərkən rus hərbçiləri tərəfindən saxlanılıb və suallardan birinə "aqressiv” cavab verən qoca güllələnib.
 
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüz və qətlə yetirilməsini "təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.
 
Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Zelenski: Putin atəşkəs razılaşmasına mane olmağa çalışır

“Rusiya prezidenti Vladimir Putinin əslində heç bir atəşkəsə ehtiyacı yoxdur, əksinə, o, müharibəni davam etdirməyə çalışır.”   Sfera.az ...

Evləri qarət edən oğrunu axtaran polis şoka düşdü

Peruda olduqca məzəli hadisə baş verib. Belə ki, Lima əyalətinin San İsidro bölgəsində yerli sakinlər naməlum oğrunun onlara ziyan vurduğunu bildirdikdə işə pol...

Tiflis bileti ilə Milan təyyarəsinə minməyə cəhd göstərdilər - FOTO

İranlı qadınların saxta Tiflis bileti ilə İtaliya arzusu alt-üst olub. İki iranlı qadın Türkiyədə Sabiha Gökçən hava limanından Tiflisə gedirmiş kimi göstərərək...

Heydər Əliyev Mərkəzində “Qızılgülün sirri” sərgisi açılıb - FOTOLAR

Martın 14-də Heydər Əliyev Mərkəzində belaruslu heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” (“The mystery of the rose”) sərgisinin a...

Qarabağda yetişdirib “Ermənistan məhsulu” kimi satıblar

Bakıda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay...

Nadir xəstəliyə görə hər kəsdən 10 dəfə daha tez qocalır

Dünyadakı hər kəsdən daha tez qocalmağa səbəb olacaq bir xəstəlik olduğunu bilirdinizmi?   Sfera.az bildirir ki, 47 yaşlı Tiffany Wedekində (Tiffani Vi...