Bu ölkələri məhkəməyə verəcəyik - Medvedev

Bu ölkələri məhkəməyə verəcəyik - Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyanın sanksiyalara qarşı qanuni addım atacağını deyib.

Sfera.az xəbər verir ki, Medvedev bəzi ölkələri məhkəməyə verəcəklərini deyib:

"Opponentlərimiz anlamalıdırlar ki, həm milli, həm də beynəlxalq məhkəmələrdə çox sayda iddialarla üzləşəcəklər. Xaricdəki rus mülklərinə əl qoyulma cəhdləri səbəbilə məhkəmə yolu ilə mübarizə aparacağıq”.

Qeyd edək ki, müharibə başlayandan bəri 56 yaşlı Medvedev sərt bəyanatlarla şura sədrinin müavini kimi son zamanlar diqqətləri üzərinə çəkib.

O, Putinin hakimiyyətdən getdiyi təqdirdə onu əvəz edə biləcək saylı şəxslərdən biridir.
 
Əzizə Zeynal
Sfera.az  

OXŞAR XƏBƏRLƏR