Rusiya bir ay ərzində defolt ola bilər

Rusiya bir ay ərzində defolt ola bilər
"Qərb kreditorları Rusiyanın dövlət borcunu bir aydan az müddətdə defolt edə bilərlər, baxmayaraq ki, Rusiya Maliyyə Nazirliyi onu müntəzəm olaraq rublla ödəməyə çalışacaq”.

Sfera.az xəbər verir ki, bunu "RİA Novosti”yə "Alfa Capital”ın portfel meneceri Dmitri Dorofeyev bildirib.

Aprelin 4-də Rusiya Maliyyə Nazirliyi borclara görə ödəniş etməli və Rusiya-2022 emissiyasının suveren avrobondlarını geri almalı, habelə Rusiya-2042 avrobondları üzrə ödəniş etməli idi. Çərşənbə günü Maliyyə Nazirliyi xarici agent bankın xarici valyuta ilə sifarişləri yerinə yetirməkdən imtina etməsi səbəbindən ilk dəfə olaraq xarici sahiblər qarşısında rublla avrobond öhdəliklərini (649,2 milyon dollar ekvivalentində) yerinə yetirdiyini açıqlayıb.

Dorofeyev bildirib ki, ödənişin rublla aparılmasına baxmayaraq, bu hadisə texniki defolt kimi tanınacaq və bir aydan az müddətdə Rusiyanın suveren borcunun tam hüquqlu defoltu elan ediləcək. Ekspert hesab edir ki, defolt faktı Maliyyə Nazirliyi üçün praktiki olaraq heç nəyi dəyişməyəcək.

Vasif
Sfera.az




 

OXŞAR XƏBƏRLƏR