Zelenskidən ölkələrə QITLIQ MESAJI: “Onlar bizi aclıqla sınamaq istəyir...”
Kateqoriya məlum deyil
Ukrayna Prezidenti
Vladimir Zelenski Rusiyanın kənd təsərrüfatı yükləri daşıyan gəmilərin ixrac
üçün limanlardan çıxmasına icazə vermədiyinə diqqət çəkib.
Sfera.az xəbər verir ki, Zelenski bununla əlaqədar ərzaq qıtlığının olacağını deyib:
"Niyə belə edirlər? Çünki onlar üçün aclıq hökmranlıq vasitəsidir, bizə, sadə insanlara qarşı silahdır. Ukrayna dünyanın aparıcı qida tədarükçülərindən biridir. Burada sadəcə olaraq, söhbət hansısa kəsirdən və ya aclıq təhlükəsindən getmir. Ərzaq qıtlığı olacaq və qiymətlər yüksələcək".

Rusiyanın Ukraynada etdiyi hər şeyə görə məsuliyyət daşımalı olduğunu deyən Zelenski Ukraynada müharibənin 42-ci günündə ən azı 167 uşağın öldürüldüyünü bildirib. Rusiyanın blokadası və hücumu altında olan Mariupol şəhərindəki vəhşiliklərin miqyasının bilinmədiyini bildirən Zelenski, "Rusiyanın bombardmanı nəticəsində 927 təhsil müəssisəsi, 258 xəstəxana zərər görüb, 78 təcili yardım maşını atəşə məruz qalıb. Onlar hətta qadın və uşaqlardan başqa heç kimin olmadığını dəqiq bildikləri kilsə və sığınacaqları da hədəfə alırlar. Bunu edən ölkə sivil ölkələr sırasında olmağa layiq deyil”, - deyə bildirib.
Əzizə Zeynal
Sfera.az