Logo

Görüş öncəsi İrəvanda təxribat: Əliyev və Paşinyan qarşılaşması necə olacaq?

Görüş öncəsi İrəvanda təxribat: Əliyev və Paşinyan qarşılaşması necə olacaq?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aprelin 6-da keçiriləcək görüşdən öncə Ermənistanda revanşist qüvvələr yenidən sabitliyi pozub.

Qeyd edək ki, sözügedən qüvvələr birmənalı olaraq ikitərəfli görüşünü keçirilməsinə qarşı çıxıb, sülhün əldə olunmasına etiraz edirlər.

Maraqlıdır, təxribatçıların ölkə liderlərinin görüşünə təsir mexanizmini necə dəyərləndirmək olar?

 
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə təxribat törədən erməni qüvvələrinin azərbaycanlılarla yanaşı eyni zamanda erməni qatili olduğunu da bildirib:
 
"Qarabağ klanın nümayəndələrinin ideologiyası faşizm ideologiyasıdır. Onların həyat tərzi müharibədən qazanmaq, soyğunçuluqdur. Həmin qüvvələrin əli təkcə azərbaycanlıların yox, elə ermənilərin də qanına batıb. Revanşistlərin arxasında erməni diasporunun faşist təfəkkürlü nümayəndələri dayanıb və onları yenidən müharibəyə, etiraz çıxışları etməyə təhrik edir. Koçaryan, Sarkisyanın törətdiyi cinayətlərlə bağlı müvafiq tribunal olmadığına görə onlar yenə də müharibə şüarları ilə meydandadırlar. Hərbi cinayətləri törətmiş bu klan mütləq şəkildə beynəlxalq tribunala cəlb olunmalıdır. O zaman sülhə maneə yaratmaq istəyən qüvvələr ədalət məhkəməsində cavab verər və bölgədə sülh bərqərar ola bilər”.
 
Millət vəkili revanşistlərin görüşün nəticələrinə təsir etməsi məsələsinə də toxunub:

"Onlar ardıcıl olaraq seçkilərdə məğlubiyyətlə üzləşdikdən sonra indi qışqır-bağır salıb, aksiyalar keçirməyə çalışırlar. Həmin qüvvələr hazırda sərhəddə Qarabağda təxribatlar törədib vəziyyəti gərginləşdirməklə məşğuldur. Bu mənada revanşistlərin əhəmiyyətli güc olub ikitərəfli görüşün keçirilməsinə, yaxud ümumi nəticələrə birbaşa təsir edəcəklərini düşünmürəm”.

 
Əzizə Zeynal
Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR