Logo

Pakistanın baş nazirinin gələcəyi təhlükə altındadır? – Məhkəməyə müraciət olundu

Pakistanın baş nazirinin gələcəyi təhlükə altındadır? – Məhkəməyə müraciət olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Pakistanın baş naziri İmran Xanın gələcəyi təhlükə altında ola bilər.

Sfera.az  xarici KİV-ə istinadən xəbər verir ki, Ali Məhkəmənin bugünkü qərarı ilə baş nazirin aqibətinin necə olacağı bəlli olacaq. Müxalifətin ona impiçment elan etmək cəhdindən sonra Xanın vəziyyəti qeyri-müəyyənləşib.

Müxalifət liderləri bazar günü Xana qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırıblar. Lakin səsvermə Xanın partiyası tərəfindən əngəllənib.

Müxalifət partiyası nümayəndələri bu vəziyyətə reaksiya verərək etimadsızlıq səsverməsinə mane olmağın qanuni olub-olmaması barədə qərar vermək üçün Ali Məhkəməyə müraciət edib.

Ali Məhkəmə iki yolla qərar verə bilər:

Əgər məhkəmə etimadsızlıq səsverməsinin bloklanmasını konstitusiyaya zidd hesab edərsə, etimadsızlıq səsverməsini davam etdirmək qərarına gələ bilər. Onun həyata keçirilməsi Xanın baş nazirliyinin sonu demək olardı. Lakin məhkəmə spikerin qərarını düzgün hesab edib, məhkəmənin parlament işlərinə qarışa bilməyəcəyinə qərar verərsə, bu, Xanın kövrək qələbəsi olacaq.

Bundan sonra Xan növbəti 90 gün ərzində seçkilərin keçirilməsini təmin edəcək müvəqqəti hökumət yaratmalı olacaq. Onun sonda qalib gələcəyinə zəmanət yoxdur.

 
Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR