Logo

Şəkər xəstələri üçün ən yararlı qidalar hansılardır?

Şəkər xəstələri üçün ən yararlı qidalar hansılardır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Moskva şəhərinin səhiyyə idarəsinin baş endokrinoloqu Mixail Antsiferov diabet üçün zərərli və sağlam qidaların adını açıqlayıb.

Sfera.az "RİA Novosti”yə istinadən xəbər verir ki, Antsiferov  şəkər, bal, mürəbbə və şirələrin şəkərli diabet xəstələri üçün zərərli olduğunu söyləyib. Həkimin sözlərinə görə, bu məhsulların tərkibində çoxlu miqdarda asanlıqla həzm olunan karbohidratlar var ki, bu da qanda şəkərin kəskin artmasına səbəb olur.

Antsiferov, həmçinin heyvan mənşəli yağlarla zəngin qidalardan - piy, hisə verilmiş kolbasa və yağlı ətlərdən sui-istifadə etməməyi tövsiyə edib.

Endokrinoloq faydalı qidalar kimi kartofu və paxlalıları, liflə zəngin meyvələri, hinduşka, balıq, yağsız əti, yumurta ağını və az yağlı kəsmiyi məsləhət görür.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR