Bu ölkələr neft ehtiyatlarını satışa çıxaracaq: “Qara qızıl” yenidən ucuzlaşa bilər

Bu ölkələr neft ehtiyatlarını satışa çıxaracaq: “Qara qızıl” yenidən ucuzlaşa bilər
Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv olan 31 ölkə fövqəladə neft ehtiyatlarından müəyyən miqdarda istifadə etməyə razılıq verib.
 
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, 31 ölkənin nə qədər ehtiyatı satışa çıxaracağı gələn həftə məlum olacaq.

Dünən BEA-nın İcraiyyə Şurasının nazirlər səviyyəsində növbədənkənar iclası keçirilib. İclasda BEA-ya üzv olan 31 ölkə Rusiyanın Ukraynada başladığı müharibədən sonrakı neft bazarlarında yaranan problemlərə cavab olaraq təcili neft ehtiyatlarının bir hissəsini yenidən istifadə etməyi lazım biliblər. Bu qərarla BEA müharibə başlayandan bəri ikinci dəfə fövqəladə neft ehtiyatlarını aktivləşdirmiş olacaq.

Keçən ay BEA-ya üzv olan 31 ölkə qlobal bazarlarda tələb və təklif balanssızlığı səbəbindən yarana biləcək məhdudiyyətin qiymət artımına çevrilməməsi üçün ümumilikdə 62,7 milyon barel fövqəladə neft ehtiyatı açmağa razılaşıb.

Dünənki qərarla BEA-ya üzv ölkələr tarixlərində beşinci dəfə fövqəladə neft ehtiyatlarını açır. Əvvəlki qərarlar 1991, 2005, 2011 və 1 mart 2022-ci ildə qəbul edilib.

Bu toplantıdan öncə neft bazarlarında qiymətlər düşməyə başlayıb. Son 2 gündə "Brent” neftinin qiyməti 111 dollardan 104 dollara düşüb.

Azərbaycanın ixrac etdiyi "Azeri Light” markalı neftin qiyməti isə 116 dollardan 112 dollara enib.

Əgər BEA üzvləri əvvəlkindən daha çox nefti satışa çıxartsalar, bu halda, qiymətlər 90 dollar səviyyəsinə qədər enə bilər. BEA üzvlərinin ümumilikdə 1,5 milyard ehtiyatı mövcuddur və bu qədər ehtiyatın 10 faizinin satışa çıxarılması bazarda neft bolluğu yaradacaq.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...