ÜST-dən yeni pandemiya xəbərdarlığı - 4 milyard insan təhlükədədir

ÜST-dən yeni pandemiya xəbərdarlığı  - 4 milyard insan təhlükədədir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qorxulu xəbərdarlıq edib.
 
Sfera.az bildirir ki, qurum milçək və gənə kimi canlılar tərəfindən ötürülən yeni xəstəliyin qlobal bir pandemiyaya çevrilə biləcəyini açıqlayıb. 

"Zika” və "Denq” qızdırması kimi xəstəliklərin yeni pandemiyaya səbəb ola biləcəyini açıqlayan mütəxəssislər, "”Zika” virusu kimi patogenlər yayıla bilər. Xəstəliklərin yayıla biləcəyi bölgələrdə 4 milyarda yaxın insan yaşayır" , - deyə qeyd ediblər.

"Zika”, "Denq” və sarı qızdırma kimi arbovirusların sürətlə yayıla biləcəyini izah edən ÜST-ün Qlobal Yoluxucu Xəstəliklərə Hazırlıq Qrupunun direktoru Silvie Briand,  həmçinin bu fikirləri əlavə edib: 

"COVİD-19 pandemiyasının iki ilini geridə qoyduq və hazırlıqsızlığın bu cür xəstəliklərə necə təsir etdiyini gördük.  Eyni zamanda, 2003-cü ildə Sars və 2009-cu ildə qrip epidemiyası ilə belə epidemiyaların mövcudluğundan agah olduq. Çox güman ki, növbəti pandemiya arboviruslardan olacaq. Risk artımının bəzi əlamətləri də var. "Zika” 2016-cı ildən bəri 89 müxtəlif ölkədə müşahidə olunub, sarı qızdırma isə 2000-ci illərin əvvəlindən artmaqdadır”.

Mütəxəssislər bildiriblər ki, sarı qızdırma və "Zika” epidemiyası ilə yanaşı, daha az tanınan "Çikunqunya” adlı xəstəlik də narahatlıq yaradır.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...