Almaniyada müharibə panikası - Qida qıtlığı yarana bilər

Almaniyada müharibə panikası - Qida qıtlığı yarana bilər
Almaniyada Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar yağ və un kimi qidaların qiymətində artım qeydə alınıb.
 
Sfera.az bildirir ki, Almaniya Federal Statistika İdarəsi ilin 8-ci həftəsindən 10-cu həftəsinə qədər istehlakçıların cari alış davranışı ilə bağlı statistik məlumatları dərc edib. Müvafiq olaraq, müharibə həftəsində bölgədəki alman istehlakçıların yağ və un kimi qidaları getdikcə daha çox yığmağa başladıqları ortaya çıxıb.
7-13 mart tarixlərində ölkədə yağın satış rəqəmləri 6 ay əvvəl 2021-ci ilin orta göstəricisi ilə müqayisədə 123 faiz, un satışı isə 206 faiz artıb. 

"Artım müharibənin başlaması ilə əlaqələndirilə bilər, çünki satışlarda bu cür artımlar son 6 ayda baş verməyib”, - idarə açıqlamasında qeyd edib.
İlin 11-ci həftəsində (14-20 mart) un və yağın satış rəqəmləri əvvəlki həftə ilə müqayisədə azalsa da, yüksək olaraq qalıb.

Almaniyada pandemiyanın başlanğıcında makaron, un, tualet kağızı, dezinfeksiyaedici məhlul və sabun kimi məhsullara tələbat artmışdı. Sözügedən dövrdə bu malların satış həcmindəki dalğalanmalar təxminən 10 həftə davam edib.

Xatırladaq ki, Ukrayna ilə Rusiya günəbaxan yağı və buğdanın ən böyük istehsalçıları sırasındadır. Rusiya Kənd Təsərrüfatı Nazirliyi daxili bazarda sabitliyi qorumaq üçün aprelin 15-dən etibarən günəbaxan yağı ixracına müvəqqəti olaraq kvota qoyub.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...