Rusiya ordusu geri çəkilir – Qubernatordan AÇIQLAMA
Sfera.az xəbər verir ki, Çerniqov qubernatoru Vyaçeslav Çausun verdiyi açıqlamada rus əsgərlərinin Ukraynanın şimalında Belarusla sərhəddə yerləşən Çerniqovdan geri çəkildiyi bildirilib:
"Bütün komandalarımızla normal həyata qayıtmaq üçün çalışırıq. Silahlı qüvvələrimiz düşmənin olduğu ərazilərdə minatəmizləmə işləri aparır. Şəhər sakinlərinə müraciət etmək istəyirəm ki, hava və raket hücumları təhlükəsi hələ də davam edir. Düşmən bu gün şəhərimizi vura bilər. Odur ki, sirena səslərini eşidəndə lütfən sığınacaqlarda qalın. İstirahət etmək hələ tezdir. Müharibə davam edir, düşmən hələ də torpağımızdadır. Hər kəs nə edəcəyini bilir. Qələbəmizə verdikləri töhfəyə görə könüllülərə bir daha təşəkkür etmək istəyirəm. Mən Allaha və Ukrayna Silahlı Qüvvələrinə inanıram", - deyə o qeyd edib.
Əzizə Zeynal
Sfera.az






