Rusiya xəbərdarlığının “köhnə qitə”də yaratdığı BAHALAŞMA - Azərbaycan qaz satışından rekord gəlir əldə edəcək

Rusiya xəbərdarlığının “köhnə qitə”də yaratdığı BAHALAŞMA - Azərbaycan qaz satışından rekord gəlir əldə edəcək
Avropada qazın qiyməti 1400 dolları ötüb.
 
Sfera.az xəbər verir ki, Rusiyanın qaz ixracını dayandıracağına dair xəbərdarlığı "köhnə qitə”də mavi yanacağın bahalaşmasına səbəb olur.

Rəsmi Moskva bəyan edib ki, dost olmayan ölkələrə qaz rublla satılacaq, bu tələblə razılaşmayan ölkələrə isə ixrac dayandırılacaq. Avropanın artıq bir neçə ölkəsi bu tələbi qəbul etməyəcəyini bildirdiyindən qitədə qaz bahalaşır. Avropada qazın bahalaşması Azərbaycan üçün əlverişlidir. Çünki Avropada qiymət dəyişikliyi digər regionlarda da mavi yanacağın dəyərinin artmasına səbəb olur ki, bundan ölkəmiz də faydalanır.

Qazın bahalaşmasının faydasını satışdan əldə edilən gəlirlərdən görmək olar. Azərbaycanın ixrac etdiyi qazın orta qiyməti bu ilin yanvar-fevral aylarında 627 dollar təşkil edib. Bu məbləğ 2021-ci ildə qeydə alınan orta qiymətdən 2,27 dəfə böyükdür. Ötən il Azərbaycan qazı 276 dollara satılmışdı.

Qazın qiymətində artımı son aylarda müşahidə edirik. 2021-ci ilin yanvarında orta qiymət 89 dollar olduğu halda, noyabrda 459 dollar, dekabrda 589 dollar olub.

2022-ci ildən qiymətlərdə yeni artım qeydə alınıb. Yanvarda qiymət 498 dollara ensə də fevralda 716 dollara yüksəlib. Qazın bahalaşmasına neft qiymətləri də təsir edir. Çünki neft bahalaşanda qazın dəyəri də yüksəlir. Neftin hazırkı qiymətləri qaz dəyərinin yüksəlməsinə kömək edir.

Həm Avropada qazın bahalaşması, həm də neftin dəyərinin yüksək olması qaz qiymətlərinin hələ bir müddət 400-500 dollardan aşağı olmayacağından xəbər verir. Bu halda 2022-ci ildə ölkəmizin qaz satışından yüksək gəlir əldə edəcəyi ehtimalı böyükdür.

2022-ci ilin ilk 2 ayında Azərbaycan qaz satışından 2,49 milyard dollar gəlir əldə edib. Bu yüksək məbləğdir və ölkəmizin ümumi ixracının 41,7 faizini təşkil edib. Qaz satışından gəlirimiz neft satışından əldə edilən gəlirdən (2,94 milyard dollar) bir qədər az olub ki, bu da ilk dəfə rast gəlinən faktdır.

Əgər mövcud qiymət səviyyəsi qalarsa, Azərbaycanın cari ildə qaz satışından gəliri 9 milyard dolları ötəcək ki, bu da rekord göstərici olacaq.

Vasif
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...