Logo

Əsir düşən rus əsgərləri Ukraynanın tərəfinə keçdi – FOTO

Əsir düşən rus əsgərləri Ukraynanın tərəfinə keçdi – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Müdafiə Nazirliyindən verilən açıqlamada əsir düşən rus əsgərlərinin tərəflərini dəyişdiyi və Putinin işğalçı qüvvələrinə qarşı döyüşmək üçün yeni alay yaradıldığı bildirilib.

Sfera.az xəbər verir ki, Ukrayna MN-nin "Telegram”da açıqladığı bəyanatın davamında "Rusiyanın Azadlıq legionu” adlandırdıqları qrupun ilk təlim fəaliyyətlərinə başladığı vurğulanıb.

Ukraynanın aparıcı qəzetlərindən biri olan "Baget” tərəflərin dəyişmə vəziyyətini təsdiqləyib. Qəzetdə əsir düşən rus əsgərlərinin əhval-ruhiyyənin aşağı olması səbəbindən təslim olduqları və Ukrayna sıralarına getdiyi qeyd edilib.

Digər tərəfdən, ekspertlər qaçan əsgərlər arasında agentlərin olma ehtimalına qarşı sərt tədbirlər görüldüyünü açıqlayıb. İsveç istehsalı olan silahla bağlı keçirilən təlimdə əsgərlərə NATO silahları təqdim edilib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 37 gündür davam edir. Ukrayna Müdafiə Nazirliyi rəsmi açıqlamasında 36 gün ərzində 17 min rus əsgərinin öldürüldüyünü iddia edib. Bəyanatda həmçinin qeyd olunub ki, Rusiya ordusunun 586 tankı, 1694 zirehli hərbi maşın, 302 artilleriya atəş sistemi, 95 çoxbarrelli reaktiv yaylım atəşi sistemi, 54 hava hücumundan müdafiə sistemi, 123 döyüş təyyarəsi, 127 helikopter, 66 pilotsuz uçuş aparatı, 11730 avtomobil, 7 gəmi, 21 xüsusi texnika və 4 operativ-taktiki raket sistemi də məhv edilib.

Əsir düşən rus əsgərləri Ukraynanın tərəfinə keçdi – FOTO

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR