Bu ölkə Ukraynaya zirehli texnika göndərəcək
Kateqoriya məlum deyil
Avstraliya Ukraynaya Rusiyaya
qarşı istifadə etmək üçün istədiyi zirehli texnikanı göndərəcək.
Sfera.az xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Skott Morrison deyib.
Skott MOrrison Ukrayna Prezidenti Vladimir Zelenskinin tələbini yerinə yetirəcəklərini bildirib:
"Hərbi hissələrin daşınması üçün istifadə edilən Avstraliya istehsalı olan zirehli "Buşmaster" maşınları Ukraynaya hava yolu ilə göndəriləcək"
Qeyd edək ki, nə qədər zirehli maşının göndəriləcəyi və hansı Avropa ölkəsinə nə vaxt çatacağı açıqlanmayıb.
Turan Rzayev
Sfera.az





