Uill Smitlə bağlı ağlagəlməz İDDİA

Uill Smitlə bağlı ağlagəlməz İDDİA
Bir neçə gündür gündəmdən düşməyən aktyor Uill Smitin psixoloji vəziyyətinin normal olmadığı iddia olunub.
 
Sfera.az bildirir ki, buna səbəb kimi evliliyində yaşadığı problemlər irəli sürülüb. "New York Post”da dərc olunan yazıya əsasən, cütlük artıq "çox münasibətlilik” haqqında dedi-qodulara və "sentologiya təriqətinə” aid olduqlarına dair iddialara dözə bilmir. Tənqidçilər hesab edir ki,  Uill Smit keçən il evliliklərinin monoqamiyadan kənara çıxdığını elan edərkən bu şayiələri gücləndirib.

Digər tərəfdən, aktyorun Oskar kimi əhəmiyyətli bir mərasimdə səhnədə şiddət tətbiq etməsinin arxasında uşaqlıq illərində aldığı travmaların olduğunu da deyilir. Yaxın dostları aktyorun hələ 9 yaşında atasının anasını döydüyünün şahidi olduğunu və bununla bağlı heç nə edə bilməməyin ağır yükünü hələ də daşıdığını söyləyib. Oskar mərasimində Kris Rokun Cada Smiti ələ salmasının aktyoru uşaqlıq illərində yaşadığı travmaya sürüklədiyi bildirilib.

Xatırladaq ki, "Oskar” mərasimi zamanı komediya ustası Uill Smitin həyat yoldaşı Ceyd Pinkett-Smitin "heyranedici, çox qısa saçları" ilə bağlı zarafat edib. Smit oturduğu yerdən qalxaraq səhnəyə gedib və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb və oradan Roka söyüş söyüb. Bu zaman verilişin səsi kəsilib.

Türkan
Sfera.az 

OXŞAR XƏBƏRLƏR

Sülhə aparan yol Ermənistan konstitusiyasına dəyişiklikdən və Minsk qrupunun ləğvindən keçir

III Şuşa Qlobal Media Forumu Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ciddi müzakirələrə və mesajlara şahidlik etdi. Forumd...

Prezidentin köməkçisi Şuşadan paylaşım ETDİ - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşadan paylaşım edib.   ...

Novxanıda dənizdə 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub. ...

Azərbaycanda da sevilən müğənni xəstəxanaya yerləşdirildi - FOTO

Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə &...

Litvalı jurnalist: İlham Əliyev bütün çətin suallara qətiyyətlə və səmimi cavab verdi

Azərbaycan bu gün özünü mürəkkəb çağırışların öhdəsindən gəlməyi bacaran və davamlı inkişaf yolunda inamla irəliləyən güclü, dözümlü və etibarlı ölkə kimi nümay...

Hikmət Hacıyev: Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb

Şuşa Azərbaycan xalqı üçün çox dəyərli bir yerdir və qlobal media forumunun keçirildiyi yer kimi bura təsadüfən seçilməyib.   Sfera.az Report-a ...