Putin hansı sənədləri gizlədir? – Trampdan ÇAĞIRIŞ

15:37 / 30.03.2022
2153
ABŞ-ın "JustTheNews”xəbər
saytına müsahibə verən Donald Tramp Putinə müraciətində Rusiya liderindən
Bayden və ailəsi haqqında məlumatları dünya ilə paylaşmasını istəyib.
Sfera.az xəbər
verir ki, Tramp Rusiya-Ukrayna müharibəsində tutduğu yer və Putinə etdiyi müraciətlə yenidən hamını təəccübləndirməkdə
davam edir.
Onun artıq
ABŞ-nin əsas düşməninə çevrilmiş bir ölkənin rəhbərindən belə bir istəyi keçmiş prezident olduğu üçün qəribə qarşılanıb
və böyük əks-səda doğurub. Bu çağırış siyasi ekspertlər tərəfindən Trampın
prezidentliyi dövründə istifadə etdiyi taktikaya uyğun olaraq da şərh edilib:
"Donald Tramp daxili maraqları üçün xarici güclərdən kömək almağa çox hazır
olan siyasətçidir”.
Dünən
verdiyi müsahibədə Tramp adı korrupsiya araşdırmalarında hallanan Co Baydenin
oğlu Hunter Bayden haqqında danışıb.
Hunter
Bayden həm cinsi qalmaqallar, həm də adına ləkə gətirən iş əlaqələri səbəbiylə
atasına çox başağrısı verən bir fiqur kimi qarşımıza çıxır. Güman edilir ki,
Kreml administrasiyası Hunter Baydenin rusiyalı iş adamları ilə birgə Rusiyaya
investisiyaları haqqında məlumatı saxlayır və ondan bir növ istifadə edə bilər.
Trampın çağırışı da məhz bundan ibarətdir. O, Kremldə saxlanılan bu məlumatın
dünya və ABŞ rəsmiləri ilə paylaşılmasını tələb edərək, keçmiş prezident Putinə
səslənib. Digər tərəfdən, belə bir vəziyyətin həqiqət olması və ya Kremlin bu məlumatlara
çıxışı ilə bağlı xəbərlər müstəqil mənbələr tərəfindən yoxlanıla bilməz.
"Düşünürəm
ki, Putinin bu suallara cavabı var” - deyən Tramp, "Məncə, onlar bu məlumatı
yaymalıdırlar. Biz də cavabları öyrənməliyik”, - deyib. O, öz sözləri ilə Putinə
çağırışını bütün dünyaya bəyan edib.
Hunter
Baydenin atası Co Baydenin vitse-prezident olduğu müddətdə xaricdə çoxlu biznes
əlaqələri olduğu və böyük pullar qazandığı məlum faktdır. O da məlumdur ki,
Baydenin oğlu o zaman Ukrayna və Çin də daxil olmaqla ölkələrlə iş aparırdı.
Əslində, ABŞ Ədliyyə Departamentinin rəsmiləri bu dövrdən araşdırmalar aparmağa
davam edir. Hunter Bayden bu işgüzar sövdələşmələrdən ədalətsiz qazanc əldə
etməkdə təqsirli bilinərsə, cəzalandırıla bilər. Lakin Donald Trampın irəli
sürdüyü ittihamlar sübuta yetirilə bilməz.
Co Baydenin
ABŞ-ın məhkəmə orqanlarına və ya siyasətçilərinə təsir etməsi və oğlunu xilas
etmək üçün səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı iddialar Hunter
Baydenin iş sənədlərinə belə daxil olmayıb. Hunter Bayden heç bir səhv etmədiyini və istintaq bitdikdən sonra günahsız sayılacağını
və bəraət alacağını bildirib.
Əzizə
Zeynal
Sfera.az