Rusiyadan ərzaq daşıyan 94 gəmiyə QADAĞA - Aralıq dənizinə çıxmasına mane oldu

12:07 / 30.03.2022
561
"Ukraynadakı
müharibəyə və onun qlobal ərzaq təhlükəsizliyinə təsirinə görə yalnız Rusiya məsuliyyət
daşıyır”.
Sfera.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Vendi Şerman deyib.
"İnsanlar içməli su üçün qarı əridir. Rusiyanın bombardmanlarından gizlənən bir ana jurnalistlərə üç qızına gündə cəmi 1 qaşıq bal verdiyini deyib. Şəhər rəsmiləri insanların aclıqdan ölməyə başladığını deyirlər.
Rusiya donanması Ukrayna limanlarına girişi əngəlləməklə taxıl ixracını dayandırır. Onlar dünya bazarı üçün ərzaq daşıyan 94-ə yaxın gəminin Aralıq dənizinə çıxmasının qarşısını alırlar", - Şerman bildirib.
Turan Rzayev