Rus ordusu bu ərazilərdən çəkilir - Ukrayna son vəziyyəti AÇIQLADI
Kateqoriya məlum deyil
"Rus ordusunun Kiyev və Çerniqov bölgələrindən çəkilməsi davam edir”.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahınin müharibənin 34-cü günü ilə bağlı paylaşdığı məlumatda bildirilib.
Məlumatda, Rusiya ordusunun Kiyev şəhərini mühasirəyə almaq tapşırığını yerinə yetirə bilmədiyi, Kiyev və Çerniqov vilayətlərindən geri çəkilməyə davam edən rus ordusunun böyük ehtimalla öz qoşunlarını ölkənin şərqində cəmləşdirəcəyi qeyd edilib.
Həmçinin, Donetsk istiqamətində hücumlarını davam etdirən Rusiya ordusu Kreminna və Mariupol yaşayış məntəqələrinə havadan və raketdən hücumlar həyata keçirib, yaşayış məntəqələri yaxınlığındakı Ukrayna Müdafiə Qüvvələri bölmələrinin mövqelərini artilleriya atəşinə tutub.
Turan Rzayev






